05 Noyabr 2020 12:54
Yaponiya Hökuməti Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb
5 noyabr 2020-ci il tarixində “Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində tibbi avadanlıqların təchiz edilməsi üçün Yaponiya Hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib. Sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
Yaponiyanın Azərbaycana ayırdığı qrant yardımının məbləği 2 milyona yaxın ABŞ dolları həcmindədir. Qrant yardımın ayrılmasında məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etməklə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.
Tədbirdə səfirliyin birinci katibi Honda Şiniçi, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Səhiyyə Nazirliyi, Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaur Əliyev iştirakçıları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırıb. O bildirib ki, hazırda Azərbaycan iki cəbhədə mübarizə aparır: “Pandemiya ilə yanaşı, ölkəmiz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlara qarşı cavab olaraq lazımi addımlar atır”. Agentliyin İdarə Heyətinin sədri Yaponiya tərəfindən ölkəmizə və səhiyyəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib: “Qrant yardım Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və yeni tibbi texnologiyaların tətbiqi vasitəsilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkan yaradacaqdır”.
Səfir Vada Cüniçi öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib. Səfirin sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin birliyi vacibdir: “Bu səbəbdən Yaponiya Hökuməti tərəfindən Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayrılıb. Bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinə kimi tibbi avadanlıqların verilməsi nəzərdə tutulur”.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00