30 İyun 2021 14:42
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub
30 iyun 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılmış və yeni inşa edilmiş Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Nizami Tibb Mərkəzinin direktoru Nurməmməd Yarıyev Agentliyin İdarə Heyətinin sədrinə tibb müəssisəsində görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, tibb müəssisəsinin inşası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilib: “Beş mərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunublar. Funksional diaqnostika şöbəsi yeni nəsil kompüter tomoqrafiya, rentgenoqrafiya və flüoqrafiya aparatları ilə təmin olunub. Reanimasiya şöbəsində insultlu xəstələrə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Tibb müəssisəsinin Laboratoriya şöbəsində kliniki və biokimyəvi analizlərin aparılması mümkündür”.
Qeyd edək ki, idarəetmənin mərkəzləşdirilməsi məqsədilə aparılan struktur dəyişikliyinə əsasən Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunması Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, tibb müəssisəsində vətəndaşların icbari tibbi sığorta çərçivəsində vaxtında və keyfiyyətli tibbi xidmətlərlə təmin olunması vacibdir.
Daha sonra tibb müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49