12 Yanvar 2021 14:29
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Lənkəran rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (Lənkəran RMX) icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə 12 yanvar 2020-ci il tarixində sözügedən rayona səfər edib.
Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev Agentliyin İdarə Heyətinin sədrinə icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
A.Kəlbiyev bildirib ki, tibb müəssisəsinə gün ərzində 400-500 nəfər müraciət edir. Bütün vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir.
Onun sözlərinə görə, Agentliyin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxananın Qəbul şöbəsinin bazasında Təcili Yardım şöbəsi yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. Həmçinin xəstəxanada informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlər görülüb: “Xəstəxanada proqram təminatı və yeni qeydiyyat sistemi qurulub, xəstəxana internetə çıxış və kompüter avadanlıqları ilə təchiz olunub. Tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri proqram təminatından istifadə qaydaları barədə təlimatlandırılıblar. Nəticədə xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatının aparılmasına nail olunub”.
Z.Əliyev tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlərin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılmasının vacibliyini vurğulayıb: “Cənub bölgəsində digər 2 tibb müəssisəsinin hazırda karantin rejimində çalışdığını nəzərə alsaq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının üzərinə böyük məsuliyyət düşür. Əhalinin icbari tibbi sığorta çərçivəsində vaxtında, tibbi xidmətlərlə təmin olunması vacibdir”. İdarə Heyəti sədrinin sözlərinə görə, vətəndaşların tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsi təmin edilməlidir: “Hər bir tibbi personal çalışmalıdır ki, vətəndaşa tam məsuliyyətlə və keyfiyyətli tibbi xidmət göstərsin. İcbari tibbi sığortanın tətbiq olunmasında göstərdikləri dəstəyə görə tibb işçilərinə xüsusi təşəkkürümü bildirirəm”.
Daha sonra Agentliyin İdarə Heyəti sədrinin rəhbərliyi ilə qurumun nümayəndələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və Lənkəran, Lerik, Masallı, Yardımlı və Astara rayon Mərkəzi Xəstəxanalarının və Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin rəhbər heyəti ilə iclas keçirilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49