03 Oktyabr 2018 16:55
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev təsdiq edilmiş vətəndaşların qəbulu qrafikinə uyğun olaraq 2018-ci ilin oktyabrın 3-də icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən icbari tibbi sığortanın tətbiqi, müayinə-müalicə, dərman və digər vasitələrlə təminat, işlə və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı Agentliyin struktur bölmələrinə tapşırıqlar verilib. Agentliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib. Z.Əliyev həmin müraciətlərə aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara yönəldilməsini tapşırıb.
Bununla yanaşı, o bildirib ki, vətəndaşların verdikləri təkliflər də Agentliyin və onun tabeliyində olan tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacaq.
Qəbul zamanı vətəndaşlar icbari tibbi sığortanın Mingəçevir şəhərində tətbiqinə, tibbi xidmətlərə əlçatanlığın artırılması imkanını yaratdığına, həmçinin bölgələrdə vətəndaşlarla səyyar qəbulun keçirilməsinə dair verdiyi tapşırıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49