12 May 2023 11:40
Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər
10-11 may tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (Lənkəran RMX) icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqlar arasında tibbi müayinə keçirilib. Tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etməkdir.
Tibbi müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Səhiyyə sektorunun dəstəklənməsi” layihəsi çərçivəsində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının maliyyə dəstəyi ilə keçirilib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) çalışan, Türkiyə Cümhuriyyətində pediatriya sahəsində uzmanlıq təhsili almış pediatr, pediatr-qastroenteroloq, pediatr-kardioloq və radioloq ixtisaslı həkimlər Lənkəran RMX-da uşaqları müayinə ediblər.
Müayinələrdə böyük əksəriyyəti Lənkəran rayonundan olmaqla Lerik və Astara rayonlarından olan 150 nəfər azyaşlı sakin iştirak edib. Funksional diaqnostik müayinələrdən sonra ixtisaslı həkimlər tərəfindən 4 nəfər dəqiqləşdirilmiş virus qızdırması ilə stasionar yatış üçün Respublika Uşaq Klinik Xəstəxanasına göndərilib. Kardioloji müayinə zamanı 5 uşağın ürəyində qüsurlar aşkarlanıb. Onlardan ikisi əməliyyata göstərişin olub-olmamasını dəqiqləşdirmək üçün əlavə müayinələr üçün Bakıya dəvət olunub. Yüngül ürək qüsuru olan üç nəfərin isə mütəmadi həkim nəzarəti altında qalmaları tövsiyə olunub. Həmçinin qasıq yırtığı diaqnozu qoyulan iki aylıq uşağa əməliyyat təyin olunub, 2 uşağa otorinolarinqoloq və nevroloqun müayinəsi tövsiyə olunub.
Bundan başqa medikamentoz müalicəyə ehtiyacı olan 50-yə yaxın uşağa reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.
Məlumat üçün bildirək ki, müayinədə iştirak edən həkimlərdən ikisi Agentlik tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində RKX-da işə cəlb olunub.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07