21 Fevral 2020 10:57
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimçilər üçün təlim keçirilib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə təşkilatçılığı ilə ilkin səhiyyə xidmətində “Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda keçirilən təlim bu gün yekunlaşıb. Təlimdə icbari tibbi sığortanın birinci mərhələdə tətbiq edildiyi 23 regiondan 23 həkim və 23 tibb bacısı iştirak edib.
Üç gün davam edən təlimin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması olub.
Təlim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər tərəfindən aparılıb.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Sumqayıt şəhərində və Siyəzən rayonunda ilkin səhiyyə xidmətində çalışan tibb işçiləri üçün eyni mövzuda keçirilən təcrübi təlimlər bu sahədə bilik və bacarıqların artırılmasına daha çox ehtiyacın olduğunu göstərdi. Nəticədə təlimlərin davam etdirilməsinə qərar verildi.
Təlim sayəsində həkim və tibb bacıları təlimçi kimi formalaşacaq və gələcəkdə çalışdıqları Ailə Sağlamlıq Mərkəzində digər tibb işçilərinə təlim keçə biləcəklər.
Təlimlər ÜST-nin həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin əsas komponentlərindən biridir. Beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyi sübut olunmuş ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən mühüm sahədir.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00