12 Mart 2024 12:23
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
Qlaukoma - el arasında “qara su” kimi tanınan, gözün daxili təzyiqinin artması nəticəsində görmə itiliyinin zəifləməsi ilə müşahidə olunan xronikləşmiş oftalmoloji xəstəlikdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası, optik diskin OCT (Optik Koherent Tomoqrafiya) müayinəsi, qonioskopiya kimi müayinə metodları daxildir.
Xəstəliyin başlanğıcında pasiyentlər bəzən göz önündə dumanlanma, gözlərdə gərginlik, təzyiq çox yüksələrsə gözdə qızartı və ağrı hissindən şikayət edirlər. Görmə itiliyi tədricən azaldığı üçün vaxtında həkimə müraciət edilmir. Qlaukomanın obyektiv simptomları gözdaxili təzyiqin artması, görmə sahəsinin daralması və son mərhələlərdə görmə sinirinin qidalanmasının pozulmasıdır (atrofiya). Görmə sinirinin atrofiyası geridönməz prosesdir və görmə itiliyinin itməsinə səbəb olur. Buna görə də qlaukomanın erkən mərhələdə aşkarlanması xəstəliyin proqnozunda müsbət rol oynayır.
İlkin mərhələdə xəstəliyin müalicəsində hipotenziv (göz təzyiqini azaldan) damcılardan istifadə olunur. Proqressiv gedən xəstəlik zamanı isə operativ yollara da müraciət olunur.
Qlaukoma xəstəliyinin stasionar terapevtik müalicəsi və göz təzyiqinin azalmasına yönəlik (antiqlaukomatoz) əməliyyatlar da icbari tibbi sığorta tərəfindən qarşılanır.
Yuxarıda qeyd edilən müayinə metodları və əməliyyatlardan istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.
Qeyd edək ki, qlaukoma korluğa səbəb olduğu üçün bu xəstəliyə diqqəti cəlb etmək məqsədi ilə martın 10-dan 16-dək dünyada “Beynəlxalq Qlaukoma Həftəsi” kimi qeyd olunur.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59