14 Oktyabr 2022 16:26

“Səhiyyədə fövqəladə hallarda risk kommunikasiyası və icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda görüş keçirilib

10-12 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar üzrə Cənubi Qafqaz Mərkəzi və Gürcüstan Ölkə Ofisinin birgə təşkilatçılığı ilə “Səhiyyədə fövqəladə hallarda risk kommunikasiyası və icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda görüş keçirilib.

Görüşdə geniş tərkibdə iştirak edən Azərbaycan nümayəndə heyətinə ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisinin əməkdaşları ilə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri qatılıb.

Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova təmsil edib. Ölkə təcrübələri və yeni tövsiyələr ətrafında səmərəli fikir mübadiləsinin aparıldığı görüşdə aktiv iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri COVID-19 ilə mübarizədə risk kommunikasiyasında çoxtərəfli yanaşmanın tətbiqi, pandemiyaya qarşı mübarizədə davranışların qiymətləndirilməsi sorğusunun əhəmiyyəti, gənclər və könüllülərin pandemiya ilə mübarizədə rolu və Operativ Qərargahın cavab tədbirlərini vahid mərkəzdən idarəetməsinin əhəmiyyəti kimi müxtəlif mövzulara dair təqdimatlarla çıxış edib.

Qeyd edək ki, görüş Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində həyata keçirilib.

Zəng sifariş et