22 Aprel 2022 10:54
Həkimlər üçün “COVID-19 pandemiyası zamanı hamilələr və yenidoğulmuşlar” mövzusunda seminar keçirilib
22 aprel 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə həkimlər üçün seminar keçirilib.
“COVID-19 pandemiyası zamanı hamilələr və yenidoğulmuşlar” mövzusunda həkimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilən seminarda pediatr, neonatoloq və infeksionist ixtisası üzrə çalışan 50-dən çox həkim iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən tədbirlər və pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması istiqamətində görülən işlərdən danışıb. Koronavirusla mübarizədə həkimlərin və tibb işçilərinin yüksək fədakarlıq göstərərək çalışdıqlarını bildirib. A.İsmayılov əlavə edib ki, tibb işçilərini bir araya gətirən belə tədbirlər həm də tibb sahəsində müxtəlif yeniliklər haqqında fikir mübadiləsinin aparılmasına və həkimlərin öz təcrübələrini bir-biri ilə bölüşməsinə imkan yaradır.
Daha sonra KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun çıxış edərək Azərbaycandakı səhiyyə qurumları ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd olunub ki, pandemiya dövründə infeksiyanın qarşısının alınması prosesi sahəsində ixtisaslaşmış ölkələrin öz təcrübələrini digər ölkələrlə bölüşməsi koronavirusla mübarizədə olduqca əhəmiyyət kəsb edir. Bildirilib ki, pandemiya dövründə KOICA tərəfindən koronavirusla mübarizə mövzusunda həkimlər və orta-tibb işçiləri üçün mütəmadi olaraq onlayn seminarlar təşkil olunub. Daha sonra tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov və Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış ediblər.
Seminarda 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Respublika Perinatal Mərkəzi, Klinik Tibbi Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və digər tibb müəssisələrinin həkimləri iştirak edib.
Tədbirdə “COVID-19 infeksiyasının dölə teratogen təsiri”, “COVID-19-un hamilələrdə kliniki gedişatı”, “COVID-19 keçirən hamilələrdə feto-plasentar dəyişkənliklər”, “Hamiləlikdə COVID-19 infeksiyası ilə əlaqəli suallar və cavablar”, “Yenidoğulmuşlarda MİS-N sindromu”, “Pandemiyada hamilələrə yanaşmamız”, “Hamiləlikdə COVID-19 ilə bağlı trombotik ağırlaşmalar”, “COVID-19 infeksiyasının hamiləlik ve dölə təsiri”, “COVID-19 keçirmiş analardan doğulan yenidoğulmuşların qidalanması” mövzularında təqdimatlar dinlənilib.
Qeyd edək ki, seminar cari ilin 4 aprel tarixində Agentlik və KOICA arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində keçirilib. Anlaşma Memorandumu Azərbaycanda COVID-19 pandemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi istiqamətlərini əhatə edir. İstiqamətlərdən biri də COVID-19 pandemiyası dövründə hamilələr və yenidoğulmuşlar üzrə maarifləndirmə kampaniyasının təşkilidir.
Xəbərlər
Agentliyin nümayəndə heyəti Serbiyada səfərdədir
17 May 2024 15:40
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
16 May 2024 14:37
Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
13 May 2024 11:41
Agentlik Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək
06 May 2024 17:59
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53