16 Mart 2021 18:24
Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizinin nəticəsinin onlayn qaydada əldə edilməsi məqsədilə elektron xidmət yaradılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi” adlı yeni elektron xidmət istifadəyə verilib. Sözügedən xidmətdən beynəlxalq səfərlər üçün COVID-19 PZR analizi verən şəxslər istifadə edə bilərlər. Elektron xidmətin yaradılmasında məqsəd həmin şəxslərin vaxtına qənaət etmək və rahatlığını təmin etməkdir.
Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə https://travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə “Doğum tarixi” xanasını doldurmalıdır. Şəxs doğum tarixini qeyd etdikdən sonra “Parametr” xanasından FİN və ya Protokol üzrə seçim etməlidir. FİN parametrini seçdikə “FİN” xanası aktivləşir və şəxs bu xanaya şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. Şəxsiyyət vəsiqəsi olmadığı halda isə (əsasən əcnəbilərin və şəxsiyyət vəsiqəsi olmayan uşaqların) Protokol parametri seçilməlidir. Bu zaman “PROTOKOL” xanası aktivləşir və şəxs bu xanaya Protokol nömrəsini daxil etməlidir. Protokol nömrəsi analiz verən şəxsin mobil nömrəsinə nəticə hazır olduqdan sonra göndərilən koddur.
Ən sonda “Axtar” düyməsi sıxılmalıdır. Bu zaman beynəlxalq səfər üçün verilən analizin nəticəsi ekranda PDF formatda əks olunur və faylı yükləmək də mümkün olur. Qeyd edək ki, sənədin doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması mümkündür. Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsinə dair təlimatla buradan tanış olmaq olar.
Xəbərlər
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57