07 Avqust 2023 16:19

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2023-cü ilin yanvar-iyun ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 1.3 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 161 min manata yaxın müddətli əlavə ödənilib.

Tibb və qeyri-tibb işçilərinə cari ilin yanvar-iyun ayları üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Aylar

Dövlət tibb müəssisələri üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

Yanvar

234 565,26 AZN

 (646 nəfər)

30 381,09 AZN

(195 nəfər)

264 946,35 AZN

(841 nəfər)

Fevral

268 347,05 AZN

(710 nəfər)

32 027,35 AZN

(249 nəfər)

300 374,40 AZN

 (959 nəfər)

Mart

211 972,27 AZN

(418 nəfər)

25 581,05 AZN

(113 nəfər)

237 553,32 AZN

(531 nəfər)

Aprel

268 203,58 AZN

 (1 142 nəfər)

35 716,32 AZN

(383 nəfər)

303 919,90 AZN

(1 525 nəfər)

May

174 255,17 AZN

(226 nəfər)

18 904,46 AZN

(52 nəfər)

193 159,63 AZN

(278 nəfər)

İyun

173 289,12 AZN

(190 nəfər)

18 114,36 AZN

(42 nəfər)

191 403,48 AZN

(232 nəfər)

CƏMİ:

1 330 632,45 AZN

(3 332 nəfər)

 

160 724,63 AZN

(1034 nəfər)

 

1 491 357,08 AZN

(4 366 nəfər)

Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən may və iyun ayları üzrə müddətli əlavənin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2023-cü il tarixli 255 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il oktyabrın 2-dək uzadılıb.

 

Zəng sifariş et