24 Sentyabr 2020 14:37
Asiya İnkişaf Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə hesabat tədbiri keçirib
24 sentyabr 2020-ci il tarixində “Yeni klinika” tibb müəssisəsində Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə birgə “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Agentliyin İdarə Heyəti sədrinin müavini bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ölkələr arasında qarşılıqlı fəaliyyət və birgə əməkdaşlığa zərurət yaranır: “Bu istiqamətdə Asiya və Sakit okean regionu ölkələri üçün əsas inkişaf tərəfdaşı kimi çıxış edən AİB-nin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu günədək AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Əməkdaşlıq və dəstəyin növbəti nümunəsi olaraq, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən ölkəmizə sözügedən layihə çərçivəsində 455 min ABŞ dolları həcmində texniki yardım ayrılıb. Bu yardıma tibb işçiləri üçün fərdi qoruyucu vasitələr, o cümlədən kombinezon, N95 respirator maska, qoruyucu eynək və digər tibbi ləvazimatlar daxildir”. N.Bayramova AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinə göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
N.Mannapbekovun sözlərinə görə, Agentlik və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi də daxil olmaqla, ölkənin səlahiyyətli qurumları ilə güclü əməkdaşlıq fərdi qoruyucu vasitələrin ölkəyə çatdırılması prosesini dörd hissəyə bölməyə imkan verib: “Daha təcili və yüngül mallar iki dəfəyə hava yolu ilə, digərləri isə dəniz yolu ilə çatdırılıb. Bunlar koronavirusla mübarizədə ön cəbhədə çalışan səhiyyə işçilərini qorumağa, infeksiyanın qarşısının alınmasını və nəzarəti gücləndirməyə kömək edən fərdi qoruyucu vasitələr, bioloji zərərli maddələr üçün paketlər və respiratorlardır”. O bildirib ki, AİB ölkəmizin pandemiyaya qarşı təsirli cavab verməsi üçün əlavə mənbələrin səfərbər edilməsi məqsədilə Azərbaycan hökuməti və inkişaf tərəfdaşları ilə birgə çalışmağı davam etdirəcək.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45