06 İyul 2023 17:33
Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nizami Tibb Mərkəzinin (Mərkəz) Cərrahiyyə şöbəsinin açılışında iştirak ediblər.
Mərkəzin direktoru Eldar Abbasov icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsində görülən işlər barədə məlumat verib: “İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən xidmətlərin çeşidliliyinin və kefiyyətinin artmasına yönəlib. Mərkəzdə istifadəyə verilən Cərrahiyyə şöbəsi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən cərrahi tibbi xidmətlərdən istifadəsinə imkan yaradacaq. 40 çarpayılıq cərrahiyyə bölümü yeni və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub”.
Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi və xidmətlərə əlçatanlığın təmin edilməsi nəticəsində xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Ötən il ərzində 9 mindən çox pasiyentə 48 mindən çox tibbi xidmət göstərilib ki, bunların 23 694-ü ambulator, 24 750-si isə stasionar xidmətlərdir. Cari il ərzində isə 18 mindən çox pasiyentə 145 mindən çox tibbi xidmət göstərilib.
Zaur Əliyevin sözlərinə görə tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin prioritet hədəflərindəndir: “Tibb müəssisələrində həyata keçirilən yeniliklər vətəndaşların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına yönəlib. Bu səbəbdən Agentlik xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirlərini sürətləndirib. Təsadüfi deyil ki, Mərkəzdə açılışına qatıldığımız Cərrahiyyə şöbəsi də Agentliyin dəstəyi ilə yaradılıb. Bu şöbənin yaradılması və müasir avadanlıqlarla - portativ rentgen, narkoz (anesteziya) aparatı, defibrilyator, kardiomonitor, koaqulyator ilə təchizatı tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq. Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan ümumi cərrahiyyə, neyrocərrahiyyə, travmatologiya, urologiya, proktologiya və lor cərrahiyyəsi üzrə xidmətlərdən Nizami Tibb Mərkəzində istifadə edə biləcəklər. Qeyd edim ki, ötən il dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurlar 354 mindən çox olmuşdur”.
Vüqar Qurbanovun sözlərinə görə əvvəllər Nizami Tibb Mərkəzinə cərrahi xidmətlərdən istifadə etmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verilirdi: “Məqsədimiz tibb müəssisələrində əhali üçün əlverişli şərait yaratmaq və müəssisələrin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqdır. Bu səbəbdən vətəndaşların zamanına qənaət edərək vaxtında keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə daimi işlər görülür. Xəstəxanada həyata keçirilən yeniliklər əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq”.
Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49