17 Mart 2020 17:02
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu məhdudlaşdırır
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və qurumun insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə alaraq, infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə qərar verilmişdir. Bununla bağlı dövlət və özəl sektora aid qurumlardan, həmçinin vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunmuşdur.
Nazirlər Kabineti tərəfindən qəbul edilmiş təcili, təxirəsalınmaz və yerinə yetirilməsi məcburi olan qərarların icrası olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu martın 17-dən başlayaraq məhdudlaşdırır.
Bu dövr ərzində Agentliyin səlahiyyətinə aid məsələlərlə, eləcə də koronavirusla bağlı müraciətlər qurumun 1542 “Çağrı” mərkəzi və ya 012 310-07-70 telefon nömrəsi vasitəsilə qəbul ediləcək. “Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Yazılı müraciətlər isə yalnız elektron qaydada Agentliyin info@its.gov.az elektron poçt ünvanı, həmçinin https://its.gov.az/ rəsmi internet səhifəsinin “Elektron müraciət” bölməsi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar tərəfindən müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mövzusu müəyyən edildikdən sonra vətəndaş aidiyyəti struktur bölməyə və ya tibb müəssisəsinə yönləndiriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaqlar.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49