09 İyun 2023 15:00
Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin 29 may - 9 iyun tarixlərində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunub. Təlimin keçirilməsində məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinin hazırkı idarəetmə mexanizmini beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.
Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə Agentlik və TƏBİB-in əməkdaşları, həmçinin 12 dövlət tibb müəssisəsinin (Masallı, Abşeron, Tərtər, Göygöl, Zaqatala, Salyan, Bərdə rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Suraxanı, Sabunçu tibb mərkəzlərinin, Yeni Klinika, Respublika Klinik Xəstəxanasının) direktor və müavinləri iştirak edib.
Tibb elmləri fakültəsinin Səhiyyənin idarə edilməsi bölməsinin professorları tərəfindən keçirilən təlimdə səhiyyə iqtisadiyyatı və iqtisadi qiymətləndirmə, layihənin qiymətləndirilməsi, beynəlxalq səhiyyə siyasəti və islahatlar kimi mövzular tədris olunub.
Təlimçilər həmçinin iştirakçıları maliyyə təhlili, səhiyyə informasiya sistemlərinin idarə edilməsi, tibbi mühasibat, qərar vermə metodları, liderlik və idarəetmə bacarıqları, insan resurslarının idarə edilməsi, keyfiyyətin idarə edilməsi və akkreditasiya, pasiyent və işçilərin təhlükəsizliyi ilə bağlı Türkiyə təcrübəsi haqqında məlumatlandırıblar.
Bununla yanaşı, təlim iştirakçıları tədris edilən mövzular üzrə əyani tanışlıq üçün Bilkent Şəhər Xəstəxanasını, Ankara Universitetinin Tibb fakültəsinin İbn Sina Xəstəxanasını və Ankara Etlik Şəhər Xəstəxanasını ziyarət ediblər. Təlim iştirakçılarına xəstəxanaların fəaliyyəti haqqında ətraflı məlumatlar verilib.
Qeyd edək ki, ötən il Ankara Universitetində keçirilən anoloji təlimdə 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti iştirak edib.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07