13 Dekabr 2019 13:02
Tibb işçiləri üçün “Keyfiyyət standartları” mövzusunda təlim keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə ilkin mərhələdə icbari tibbi sığorta sisteminə qoşulacaq regionların tibbi heyəti üçün “Keyfiyyət standartları” mövzusunda təlim təşkil olunub.
Təlimdə Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir regionlarında fəaliyyət göstərən mərkəzi xəstəxanaların və diaqnostika mərkəzlərinin keyfiyyətə nəzarət üzrə 23 məsul əməkdaşı iştirak edib.
Təlimin keçirilməsində məqsəd iştirakçıları tibb müəssisələrində təcili yardım xidmətinin effektivliyinin təmin edilməsi, zəruri xidmətlərin vaxtında göstərilməsi, xəstəxanadaxili infeksiya risklərinin azaldılması və gigiyenik qaydalara nəzarət imkanları haqqında məlumatlandırmaq olub.
Tibb işçiləri həmçinin göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, pasiyentin identifikasiyasının təmin olunması, o cümlədən qəbul və qeydiyyat proseslərinin tənzimlənməsi barədə geniş bilgilər əldə ediblər.
Təlim zamanı keyfiyyətə nəzarət üzrə ekspert Fatma Sönmeziç “Keyfiyyət standartları” mövzusunda təqdimatla çıxış edib. Ekspert təlim iştirakçılarına təcili tibbi yardım, infeksion nəzarət, məlumat təhlükəsizliyi və ilkin mərhələdə tibb müəssisələrində tətbiq olunacaq 20 keyfiyyət standartı ilə bağlı strateji hədəflər və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verib.
Təlimin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tibb işçilərinin sualları ekspert tərəfindən cavablandırılıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49