07 Mart 2019 11:25
Tibb təchizatçıları ilə müqavilələrin bağlanması mövzusunda təlim keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsi çərçivəsində “Tibb təchizatçıları ilə müqavilələrin bağlanması” mövzusunda təlimçilər üçün təlim təşkil olunmuşdur.
Fransa Həmrəylik və Səhiyyə Nazirliyinin Səhiyyə Qiymətləndirməsi və Tibbi Sığorta Tədqiqatı departamentinin rəhbəri, iqtisad elmlər doktoru Emin Ağamalıyev və Estoniya Səhiyyə Nazirliyinin Elektron səhiyyə departamentinin rəhbəri kimi fəaliyyət göstərmiş, tibb üzrə elmlər doktoru Taavi Lai tərəfindən keçirilmiş təlimlərin məqsədi tibbi xidmətlər üzrə satınalma müqavilələrinin bağlanması, əhalinin ehtiyacları və ölkənin səhiyyə sahəsində strateji maraqları nəzərə alınmaqla müqavilə şərtlərinin formalaşdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən istiqamət üzrə təlimçilər qrupunun yaradılması olmuşdur. Təlimdə Agentliyin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları olmaqla 17 nəfər iştirak etmişdir.
4 gün davam edən təlimdə strateji satınalma müqavilələrinin hazırlanmasının və onun icrasının prinsipləri, müqavilələrin bağlanması prosesi, müqavilələrin tərtibatı üzrə beynəlxalq və yerli təcrübə, icbari tibbi sığortanın ödəniş mexanizmləri, Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi, səhiyyə xidmətlərinin göstərilməsi üzrə əsas hədəflər, o cümlədən mövcud və gözlənilən çətinliklər, onların aradan qaldırılması məqsədilə öncədən görülməli olan işlər barədə təqdimatlar edilmişdir. Qrup məşğələləri zamanı yuxarıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış və çalışmalar təşkil edilmişdir.
Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova təlim iştirakçılarına həyata keçirilən icbari tibbi sığorta üzrə pilot layihənin tətbiqi nəticəsində əldə olunmuş təcrübə haqqında məlumat vermiş və onların suallarını cavablandırmışdır.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49