06 Dekabr 2019 16:06
Tibb işçiləri üçün “Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimlər yekunlaşıb
SİYƏZƏN, 6 dekabr 2019 – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində və Siyəzən rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin 65 həkim və orta tibb heyəti üçün keçirilən təlimlər bu gün başa çatıb.
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda dörd gün ərzində davam etmiş təlimlərin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və şəkərli diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması idi. Qeyri-infeksion xəstəliklərə nəzarət məqsədilə lazımi tibbi alətlərdən istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi də təlimin əsas vəzifələrindən olub.
Təlimlər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər tərəfindən aparılıb.
İştirakçılar qeyri-infeksion xəstəliklərin ilkin səhiyyə xidməti səviyyəsində idarəolunması üzrə məlumatlandırılıblar. ÜST iştirakçıları stetoskop, tonometr və qlükometrlərlə təmin edib. Təlim ÜST-nin həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin əsas komponentlərindən biridir.
İlkin səhiyyə xidməti səhiyyə xərclərinin səmərəliliyinin artırılması məqsədi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyi sübut olunmuş strategiyadır. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən vacib sahədir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49