18 Noyabr 2022 15:54
Tvininq layihəsi çərçivəsində Litva Respublikasına səfər təşkil olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri 14-18 noyabr tarixlərində “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” adlı tvininq layihəsi çərçivəsində Litva Respublikasında səfərdədir.
Səfər müddətində Agentliyin əməkdaşları Litva Respublikasının Milli Tibbi Sığorta Fondu, Səhiyyə Nazirliyi, Səhiyyənin Akkreditasiyası üzrə Dövlət Agentliyində görüşlər keçiriblər. Nümayəndə heyəti həmçinin Vilnüsün Antakalnis poliklinikası, Litvanın Sağlamlıq Elmləri Universitetinin “Kauno Klinikos” xəstəxanası, Alitus və Druskininkay şəhərlərində fəaliyyət göstərən tibb müəssisələrinə baş çəkiblər.
Səfər çərçivəsində icbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyalarının tətbiqi və geri ödəmə sistemləri mövzularını əhatə edən geniş təqdimatların edilməsi planlaşdırılıb. Eyni zamanda Xidmətlər Zərfindəki tariflərin hesablanması və tənzimlənməsi, tibb müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyadan keçməsi qaydalarının təhlili və öyrənilməsi, icbari tibbi sığorta ilə bağlı ictimaiyyətlə əlaqələrin effektiv qurulması və təkmilləşdirilməsi, düzgün kommunikasiya alətlərinin tətbiqi barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45