19 Yanvar 2021 16:30
Bərdə və Ağdam kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Bərdə və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlərə və yerli əhaliyə xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə həmin müəssisələrin texniki ehtiyaclarını araşdırıblar. Araşdırma nəticəsində dövlət səhiyyə sisteminə daxil olan və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 tibb müəssisəsinin zəruri texniki ehtiyacları müəyyən edilib. GIZ tərəfindən ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 kənd tibb müəssisəsinə 26 adda tibbi avadanlıq, ləvazimat və mebel dəstləri ianə edilib.
Bununla əlaqədar, keçirilən təhvil-təslim mərasimində Agentliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, İnzibati idarəetmə departamentinin məsul əməkdaşı Cavid Ağazadə, həmçinin “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPIC) əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova iştirak ediblər.
Yardımın təyinatı üzrə Bərdə və Ağdam rayonlarına çatdırılması Agentlik tərəfindən həyata keçiriləcəkdir.
EPİC Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə GİZ tərəfindən Azərbaycanda icra olunur. Proqram həssas əhali qruplarının iqtisadi müstəqilliyinə və icma işlərində iştirakına dəstək məqsədi daşıyır.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49