29 Yanvar 2020 12:28

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

• Əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

• Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun

• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin

 

Başqalarını xəstələnmədən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın

• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

 

Özünüzü xəstələnməkdən qoruyun

  • Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
  • Qida təhlükəsizliyini tətbiq edin
  • Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
  • Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
  • Xəstə və ölü heyvanlar yeyilməməlidir
  • Qida təhlükəsizliyini tətbiq edin
  • Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər

Heyvan bazarlarında alış-veriş 

  • Sağlam qalın!
  • Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun
  • Gözlərə, burun və ya ağzınıza toxunmayın
  • Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin
  • Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin

Heyvan bazarlarında iş

  • Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun
  • Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin
  • Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin
  • İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın
  • Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin

Koronavirus infeksiyası riskini azaldın

  • Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun
  • Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın
  • Ət məhsullarını və yumurtanı tam bişirin
  • Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Zəng sifariş et