31 May 2024 15:11
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyi və “Ümid Yeri” sığınacaqlarında keçirilib. Aksiyada ümumilikdə 106 nəfər iştirak edib.
Tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində sığınacaqların sakinləri kardioloq, ginekoloq, nevroloq, terapevt, oftalmoloq, lor, pediatr, uşaq cərrahı, dermatoloq və radioloq tərəfindən müayinə ediliblər.
Uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti, anemiya müşahidə olunub. Müayinədən keçən uşaqların bəzilərində sünnət, adenoid hipertrofiyası və xroniki tonzillit, mil-bilək oynağının kisti, qasıq yırtığı, ürək ritm pozuntusu, qaraciyərin piylənməsi, sidik qaçırma, yastıpəncəlik, skolioz-kifoz və bir sıra nevroloji diaqnozlar aşkarlanıb.
Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər.
Müayinə edilmiş şəxslər nəticələrə əsasən həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.
Vurğulayaq ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.
Xəbərlər
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
23 Avqust 2024 15:31
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
20 Avqust 2024 10:22
Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir
15 Avqust 2024 12:03
İcbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını qarşılayır
12 Avqust 2024 09:34
Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb
07 Avqust 2024 14:37
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 165-ə çatdırılıb
30 İyul 2024 11:19