20 May 2021 15:33
2021-ci ilin aprel ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 507 min tibbi xidmət göstərilib
1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb. Belə ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin aprel ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 507 000 tibbi xidmət göstərilib. Belə ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 283 312 dəfə müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 274 519-u ambulator, 8793-ü isə stasionar şəraitdə göstərilib.
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan Bakı şəhərinin rayonları: Pirallahı (237), Nərimanov (200), Yasamal (198), Sabunçu (183), Nəsimi (129), Xəzər (124), Suraxanı (97), Səbail (80), Binəqədi (48) və Xətai (42).
Sumqayıt şəhəri üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 84, Abşeron rayonu üzrə isə 25 təşkil edib.Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Respublika Klinik Xəstəxanası (67 332), Kliniki Tibbi Mərkəz (61 104), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (50 949), Sumqayıt Tibb Mərkəzi (45 538), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (33 560), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (26 405), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 418), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (12 464), Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (11 825) və 13 nömrəli Uşaq Poliklinikası (8 693).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 13 nömrəli Uşaq Poliklinikası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Respublika Perinatal Mərkəzi, M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi, M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Kliniki Xəstəxanası və Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
2021-ci ilin aprel ayı ərzində Bakı şəhəri tibbi ərazi bölməsi (TƏB) üzrə 452 540 və Sumqayıt TƏB üzrə 54 460 tibbi xidmət göstərilib. 01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.
Qeyd edək ki, bütün ölkə üzrə aprel ayı ərzində 557 152 nəfərə tibbi xidmət göstərilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49