16 Sentyabr 2019 10:42
Qubada “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda elmi-praktik konfrans keçirilib
14 sentyabr 2019-cu il tarixində Quba rayonunda “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda II elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) sakinlər tərəfindən ən çox müraciət edilən və tibbi xidmətin göstərilməsi üçün müəyyən imkanlar tələb edən ürək-damar və həzm traktı xəstəliklərinin müayinə və müalicəsində tətbiq edilən yeni üsulları öyrənmək olub. Tədbirə Sumqayıt şəhərindən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından həkimlər qatılıb.
Konfransı giriş sözü ilə açan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov qurumun sədri cənab Zaur Əliyevin salamını və tədbirin uğurla keçməsi arzusunu çatdıraraq “İcbari tibbi sığortanın məqsəd və vəzifələri” mövzusunda çıxış edib.
Sistemin üstünlüklərindən danışan şöbə müdiri bildirib ki, icbari tibbi sığortanın tətbiqi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin edəcək və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldacaq. Çıxışdan sonra Agentliyin əməkdaşı iştirakçıların suallarını cavablandırıb.
“İcbari tibbi sığortanın tətbiqi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının timsalında” mövzusu ilə çıxış edən xəstəxananın direktoru Könül Ələkbərov pilot layihənin uğurlarından danışıb. O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsinin maddi-texniki bazası yaxşılaşdırılıb və kadr potensialı gücləndirilib.
Konfransda müxtəlif ixtisaslı həkimlər tərəfindən hipertoniya, şəkərli diabet və ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsində ən son yeniliklər, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin diaqnostikası və müalicəsinin müasir prinsipləri və s. mövzularda məruzələr dinlənilib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49