17 İyun 2021 14:44
2021-ci ilin may ayı ərzində 59 şəhər və rayonun əhalisinə 1 milyon 200 mindən çox tibbi xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin may ayı ərzində 59 şəhər və rayonda vətəndaşlara 1 270 070 tibbi xidmət göstərilib. Belə ki bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 547 264 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 086 784-ü ambulator, 183 286-sı isə stasionar şəraitdə göstərilib.
Hesabatların nəticələri əsasında cari ilin may ayında regionlar üzrə əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (428) və Şirvan şəhərləri (204), Ağdaş (159), Yevlax (159) və Qəbələ rayonları (155), Gəncə şəhəri (144), Beyləqan (143), Göygöl (141), Zaqatala (141) və Şabran rayonları (136).
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (134 326), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (109 403), Xaçmaz (62 870), Yevlax (49 732), Quba (41 594), Ağdaş (32 278), Şəki (37 263), Göyçay (35 630), Zaqatala (34 639) və Qusar Rayon Mərkəzi Xəstəxanaları (32 128).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Şəki, Quba, Zaqatala, Göyçay, Ağdaş və Beyləqan Rayon Mərkəzi Xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Ağdaş, Qusar, Salyan, Bərdə Rayon Mərkəzi Xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Göyçay Rayon Mərkəzi Xəstəxanası.
2021-ci ilin may ayı ərzində tibbi ərazi bölmələri (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB-lər haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):
Bərdə-Yevlax TƏB (263 979), Quba-Xaçmaz TƏB (176 998), Şəki-Zaqatala TƏB (170 166), Gəncə TƏB (163 691), Göyçay-Kürdəmir TƏB (91 483), Dağlıq Şirvan TƏB (91 318), Şəmkir-Tovuz TƏB (88 566), Ağdam-Ağcabədi TƏB (77 038), İmişli-Sabirabad TƏB (60 585), Lənkəran TƏB (46 329) və Cəlilabad-Salyan TƏB (38 679).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.
Qeyd edək ki, bütün ölkə üzrə may ayı ərzində 539 865 nəfərə tibbi xidmət göstərilib. Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, zədələr, zəhərlənmə və sinir sistemi xəstəlikləri ilə bağlı olub.
Cari ilin yanvar-may ayları ərzində isə ümumilikdə 1 637 752 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 7 158 060 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 6 012 770-i (84%) 18 yaşdan yuxarı, 1 145 290-ı (16%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49