25 Sentyabr 2020 10:08
Koronavirusla mübarizəyə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə müddətli əlavə və mükafat ödənilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, Agentlik tərəfindən COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə aşağıdakı aylar üzrə də iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib:
- İyun ayı üzrə 42 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 89 782 manat;
- May ayı üzrə 43 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 105 011 manat;
- Aprel ayı üzrə 49 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 82 216 manat.
4 ay ərzində ümumilikdə 158 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 321 251 manat məbləğində müddətli əlavə ödənilib.
Sözügedən sərəncama uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə aşağıdakı aylar üzrə mükafat ödənilib:
- İyun ayı üzrə 31 nəfər könüllüyə 7750 manat;
- May ayı üzrə 34 nəfər könüllüyə 8500 manat;
- Aprel ayı üzrə 28 nəfər könüllüyə 7000 manat.
4 ay ərzində ümumilikdə 151 nəfər könüllüyə 37 750 manat məbləğində mükafat ödənilib.
Nəzərinizə çatdırırıq ki, modul tipli xəstəxanaların yaxınlıqdakı şəhər xəstəxanalarına təhkimolunması ilə bağlı hazırda hüquqi prosedurlar həyata keçirilməkdədir. Bu prosedurlar başa çatdıqdan sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən göndərilən siyahılara uyğun olaraq əvvəlki digər aylar üzrə müddətli əlavə və mükafatların ödənilməsi davam edəcək.
Qeyd edək ki, TƏBİB koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçiləri və könüllülər barədə siyahıları Agentliyə təqdim etdikdən sonra, Agentlik 3 iş günü ərzində müddətli əlavə və mükafatların ödənilməsini təmin edir.
TƏBİB tərəfindən avqust ayı üzrə siyahılar Agentliyə təqdim edildikdən sonra müddətli əlavə və mükafatların ödənilməsi həyata keçiriləcək.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45