10 İyul 2023 09:35
“İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” layihəsinin qalibləri elan edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsində “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu üzrə 5 qeyri-hökumət təşkilatı (QHT) qalib olub. Qalib gəlmiş QHT-lər “Pediatrik Kardiologiya və Revmatologiya”, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək, ““Optimist” Sosial Problemlərin Həllinə Yardım” və “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” ictimai birlikləridir.
Layihələrin əsas fəaliyyət istiqaməti regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi üzrə işlərin aparılmasıdır. Müvafiq regionlarda aparılan maarifləndirmə tədbirləri çərçivəsində əhali icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, Xidmətlər Zərfi, dövlət və özəl tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırılacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) qalib gəlmiş hər bir ictimai birliyi təbrik edir və onlara layihənin həyata keçirilməsində uğurlar arzulayır. Agentlik öz növbəsində əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, uğurlu nəticələrin əldə edilməsi üçün hər bir ictimai birliklə əməkdaşlığa açıqdır. Habelə keçiriləcək tədbirlərin effektivliyinin artırılması üçün ictimai birliklərin icbari tibbi sığorta haqqında təqdimat, lazımi məlumatlar, çap materialları, videoçarxlar ilə təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda QHT-lərin bu istiqamətdə fəaliyyətini əks etdirəcək məlumatların Agentliyin rəsmi saytında, sosial şəbəkə platformalarında paylaşılmasına dəstək göstəriləcək.
Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan qaliblərə bir daha dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49