02 İyun 2022 10:34
Xarici ölkədə təhsil almış həkimlər Bakı və Sumqayıt şəhərlərindəki dövlət tibb müəssisələrində işə cəlb olunur
Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssis Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində işə qəbul olunub. İşə qəbul prosesi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində təşkil olunub.
İşə cəlb olunanlar Türkiyə Respublikasında təhsil almış və əsasən pediatrik, terapevtik, cərrahi və radioloji profillər üzrə ixtisaslaşmış həkimlərdir. Sözügedən mütəxəssislər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar. Həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.
Qeyd edək ki, mövcud vakansiyalar üzrə ümumilikdə 103 nəfər müraciət edib. Namizədlər arasında cərrahiyyə, terapiya, pediatriya, mamalıq-ginekologiya, anesteziologiya və reanimotologiya ixtisasları üzrə təhsil almış mütəxəssislər çoxluq təşkil edib. Mütəxəssislərə eyni vaxtda 3 tibb müəssisəsinə müraciət etmək imkanı verilib.
Ölkə xaricində oxuyan həkimlərin işə qəbul prosesi 2 mərhələdə həyata keçirilib. Birinci mərhələdə elanda göstərilən sənədləri tam təqdim edən şəxslər seçdikləri bir və ya bir neçə tibb müəssisəsinin müvafiq komissiyasının qəbulunda iştirak edib.
Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlər Agentliyin Komissiyasının qəbuluna göndərilib. Namizədlərin qiymətləndirilməsi 6 meyara əsasən aparılıb. Bunlara iş təcrübəsi, yüksək reytinqli ali təhsil müəssisəsində təhsil, müasir cihaz və prosedurlarla işləmə bacarığı, ixtisasartırma təhsili, elmi dərəcə və elmi ad, habelə beynəlxalq konfranslarda iştirak daxildir.
Xəbərlər
Zaur Əliyev Balakən rayonunda vətəndaşları qəbul edib
24 İyun 2022 17:40
May ayında icbari tibbi sığorta çərçivəsində 3,5 milyondan çox tibbi xidmət göstərilib
17 İyun 2022 14:30
Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər
17 İyun 2022 10:11
Uşaqlarda kistoz fibroz xəstəliyinin aşkarlanması üçün müayinələr aparılır
14 İyun 2022 14:27
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
10 İyun 2022 18:00
İrsi xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkədə ilk dəfə neonatal skrininq müayinələr keçirilir
10 İyun 2022 11:35
Azərbaycanın 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankara Universitetinin təlimində iştirak edir
08 İyun 2022 14:30
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
06 İyun 2022 10:00
İxtisaslı həkimlərin əməkhaqları artırılır
01 İyun 2022 10:56
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
31 May 2022 12:22