24 Dekabr 2019 15:16
“Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi” mövzusunda təlimlər yekunlaşıb
Cari ilin noyabr və dekabr ayları ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yenidoğulmuşların reanimasiya şöbələrindəki avadanlıqlardan istifadə qaydasının təkmilləşdirilməsi” mövzusunda regionlarda keçirilmiş təlimlər başa çatıb. Təlimlər Mingəçevir, Lənkəran və Şirvan şəhərləri, habelə Qazax, Tovuz, Şəki, Zaqatala, Qax, Neftçala və Sabirabad rayonlarında keçirilib. Təlimlərə qeyd olunan regionların tibb müəssisələrində çalışan həkim-neonatoloqlar və tibb bacıları ilə yanaşı, Masallı, Lerik, Qəbələ, Saatlı, Zərdab, Hacıqabul, İmişli, Beyləqan və Ağcabədi rayonlarında müvafiq sahə üzrə fəaliyyət göstərən tibb işçiləri də qatılıb.
Təlimlər yenidoğulmuşlara vaxtında, keyfiyyətli, ardıcıl ilkin və reanimasiya yardımının göstərilməsi, həyati vacib orqan və sistemlərin funksiyalarının bərpası ilə bağlı metodik tövsiyələrin verilməsi, o cümlədən tibbi avadanlıqlardan düzgün istifadə qaydalarının öyrədilməsi məqsədi ilə keçirilib. Təlimçilər qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nərgiz Şərifova, nazirliyin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Aynur Bağırova çıxış ediblər.
Təlim müddətində iştirakçılara ana südü ilə qidalandırmanın üstünlükləri, qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları, o cümlədən neonatal reanimasiyada tibbi avadanlığın istifadəsi barədə məlumat verilib. Bununla yanaşı, tibb heyətinin sözügedən avadanlıqlardan istifadə bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədi ilə təcrübi məşğələlər keçirilib.
Qeyd edək ki, təlimlər ÜST-nin həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsi çərçivəsində keçirilib. İlkin səhiyyə xidməti səhiyyə xərclərinin səmərəliliyinin artırılması məqsədi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilir və effektivliyi sübut olunub. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən vacib komponentdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49