19 İyun 2019 15:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Dayanıqlı İnkişaf məqsədləri Gənclər üçün adlı tədbirdə çıxış edib

“İcbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə son iki il ərzində 21 nəfər gənc tibb işçisi işlə təmin olunub. Hazırda pilot tibb müəssisələrində ümumi tibb heyətinə görə gənc tibb işçiləri 14.4% təşkil edir. Həmçinin, fəxredici amildir ki, Agentliyin əməkdaşlarının 35%-ni gənclər təşkil edir”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova 19 iyun 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə həyata keçirdikləri “Dayanıqlı İnkişaf məqsədləri Gənclər üçün” adlı layihənin növbəti mərhələsinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

N.Bayramova həmçinin qeyd edib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək və ya mülki-hüquqi müqavilə əsasında işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan gənclər – bura daxildir 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər icbari tibbi sığortahaqqından azaddırlar, bu şəxslərin sığortalanması dövlət tərəfindən təmin olunur.

Zəng sifariş et