05 Aprel 2022 17:38
Zaur Əliyev “Stop Vərəm” Tərəfdaşlığının nümayəndələri ilə görüş keçirib
Aprelin 5-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan “Stop Vərəm” Tərəfdaşlığının (“Stop TB” Partnership) icraçı direktoru Luçika Ditiu və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Agentliyin İdarə Heyətinin sədri Azərbaycanın vərəmlə mübarizə tədbirlərini mütəşəkkil formada təşkil edən ölkələrdən biri olduğunu bildirib. Z.Əliyev əlavə edib ki, Azərbaycanda sözügedən xəstəliyin müayinə və müalicəsi vərəmlə mübarizə üzrə tədbirlər proqramı çərçivəsində aparılır.
Görüşdə vərəm xəstəliyinə qarşı mübarizə və cavab tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, “STOP Vərəm” Tərəfdaşlığı tərəfindən Azərbaycana bu sahədə texniki dəstəyin göstərilməsi, habelə Tərəfdaşlığın “Vərəmin Müalicəsi üçün Dərman Təminatı üzrə Qlobal Mexanizm” (Global Drug Facility) təşəbbüsü çərçivəsində vərəmə qarşı dərman təminatının planlı şəkildə idarəolunması və dərman preparatlarının keyfiyyətinə nəzarətin təmin edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub.
Fikir mübadiləsi zamanı tərəflər həmçinin əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasının vacibliyini də diqqətə çatdırıblar. Qeyd olunub ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı stiqmanın olması səbəbindən çox vaxt insanlar bu xəstəliyin daşıyıcısı olduğunu gizlətməyə çalışır, tibb müəssisələrinə isə artıq ağırlaşmış vəziyyətdə müraciət edirlər. Bu da öz növbəsində vərəmə yoluxma hallarının artmasına gətirib çıxarır.
Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, “Stop Vərəm” Tərəfdaşlığının vəkillik və texniki məsələlər üzrə rəhbəri Əsgər İsmayılov, Tərəfdaşlığın regional məsləhətçisi Natavan Əlixanova və kommunikasiya üzrə mütəxəssisi Honey Mehta, Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan “Stop Vərəm” Tərəfdaşlığının icraçı direktoru və onu müşayiət edən nümayəndə heyəti aprelin 4-də Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfransda iştirak ediblər.
Xəbərlər
Agentlik Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək
06 May 2024 17:59
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40