28 Aprel 2023 17:00
Zaur Əliyev Beyləqan şəhərində vətəndaşları qəbul edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev aprelin 28-də Beyləqan rayon Mərkəzi Xəstəxanasında Beyləqan, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Beyləqan, Füzuli və Xocavənd rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 27 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, cərrahi əməliyyatlar, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Xəbərlər
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
29 Sentyabr 2023 17:24
Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib
28 Sentyabr 2023 17:58
İnformasiya texnologiyaları sahəsində təhsil almış növbəti könüllülər Agentlikdə işə qəbul olunub
25 Sentyabr 2023 11:29
Tvininq layihəsinin aralıq hesabatının təqdimatı keçirilib
14 Sentyabr 2023 17:59
Zaur Əliyev Qazax şəhərində vətəndaşları qəbul edib
18 Avqust 2023 17:43
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edildi
12 Avqust 2023 10:45
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib
07 Avqust 2023 16:19
Agentliyin “1542” Çağrı mərkəzi 94%-dən çox zəng qəbul edib
02 Avqust 2023 16:00
Bu ilin ilk 6 ayı ərzində əhalinin 34%-i icbari tibbi sığortadan yararlanıb
28 İyul 2023 14:55
İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib
26 İyul 2023 10:00