15 Mart 2023 17:16
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev martın 15-də Sumqayıt Tibb Mərkəzində Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Sumqayıt Tibb Mərkəzinin və Qubadlı Rayon Mərkəzi Xəstəxanasının direktorlarının iştirakı ilə keçirilən qəbulda 77 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Xəbərlər
Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
09 İyun 2023 15:00
Özbəkistan ölkəmizin icbari tibbi sığorta ilə bağlı təcrübəsini öyrənib
02 İyun 2023 12:00
Zaur Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib
26 May 2023 17:30
Agentliyin əməkdaşları böhran vəziyyətləri barədə məlumatlandırılıb
19 May 2023 14:00
Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb
19 May 2023 10:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb
18 May 2023 10:06
ADA ilə əməkdaşlıq çərçivəsində “Potensialın Gücləndirilməsi Proqramı” məzunlarının təltifetmə mərasimi baş tutub
15 May 2023 16:14
ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib
12 May 2023 14:38
Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər
12 May 2023 11:40
Agentlik “İnformasiya texnologiyaları sahəsi üzrə Könüllü Proqramı” elan edir
11 May 2023 15:14