18 Mart 2022 16:01
2022-ci ilin fevral ayında ölkədə göstərilən tibbi xidmətlərin 37 %-i Bakı şəhərində qeydə alınıb
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən cari ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 288 444 vətəndaşa 1 058 355 tibbi xidmət göstərilib. Ay ərzində tibb müəssisələrinə 514 896 müraciət daxil olub. Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 37 %-ni, müraciət sayının isə 38 %-ni əhatə edir. Fevral ayında paytaxtda müraciətlər üzrə tibbi xidmətlərin 78 %-i ambulator, 22 %-i isə stasionar şəraitdə göstərilib.
2022-ci ilin fevral ayı üzrə Bakı şəhərində əhaliyə göstərilən tibbi xidmətlərə dair digər göstəriciləri təqdim edirik:
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Respublika Perinatal Mərkəzi.
Qeyd olunmalıdır ki, bir sıra tibb müəssisələri həm ambulator, həm stasionar tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğunda yer alıblar. Bunlar Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır.
01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı şəhəri üzrə qeydiyyatda olan əhalinin sayı 2 milyon 391 min 300 nəfər, ölkədə icbari tibbi sığortanın tətbiq olunduğu bütün bölgələr üzrə isə 9 657 600 nəfərdir.
Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb. 2 507 890 müraciət üzrə tibbi xidmətlərin 82 %-i ambulator, 18 %-i isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən istifadə edənlərin 27 %-ni uşaqlar, 73 %-ni isə böyüklər təşkil edir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49