Yerləşdirilmə tarixi: 05.01.2023
Son müraciət tarixi: 18.01.2023
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi vakansiyasını elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- İctimaiyyətlə, o cümlədən KİV-lərlə əlaqələrin qurulması və koordinasiyası;
- Agentliyin cari fəaliyyətinin KİV-də işıqlandırılmasının təmin edilməsi;
- İnformasiya sorğularının cavablandırılması;
- İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların hazırlanması və redaktəsi;
- İcbari tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin verilməsi;
- İctimaiyyətlə əlaqələr sahəsində təşkilati və sərəncamverici sənədlərin hazırlanması;
- Agentliyin rəsmi internet səhifəsinin daim yenilənməsinə, imkanlarının təkmilləşdirilməsinə nəzarət edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Filologiya üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus və ya ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Təhliletmə bacarığı;
- Nəticəyönümlülük;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Operativlik və stress altında işləmək bacarığı;
- Microsoft Ofis proqramlarında işləmək bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi18.01.2023-cü il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27