Yerləşdirilmə tarixi: 21.09.2023
Son müraciət tarixi: 01.10.2023
Agentlik Marketinq və tədbirlər şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və tədbirlər şöbəsinin məsləhətçisi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Sosial media səhifələri üçün məzmunların araşdırılması, trendlərə uyğun yaradıcı kontentlərin hazırlanması;
Reklam və marketinq kampaniyalarının strategiyaları və kontentlərinin hazırlanması;
Video kontentlər üçün ssenarilərin yazılması;
Sosial şəbəkələrdə aylıq paylaşım qrafiklərinin hazırlanması;
Sosial media səhifələri üçün yeni rubrika ideyalarının təklif olunması və məzmunların hazırlanması;
Reklam kanallarını araşdırmaq və reklam məlumatının optimal yayım kanallarını müəyyən etmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Kopirayter və sosial media meneceri istiqamətində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Microsoft Ofis proqramlarında işləmək bacarığı;
Meta Business Suite, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmək bacarığı üstünlükdür;
Təqdimat və komandada işləmə bacarığı;
Operativlik və vaxtın idarəedilməsi bacarığı.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 01.10.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27