Yerləşdirilmə tarixi: 21.12.2021
Son müraciət tarixi: 21.01.2022
Agentlik Texniki dəstək şöbəsinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinə mütəxəssis/ baş mütəxəssis vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- “Service Desk” proqramına gələn sorğuların icrası;
- İstifadəçilərin komputerlərinə əməliyyat sistemlərin və lazımı proqramların yazılması;
- IT ilə bağlı yaranan problemlərin həllində dərhal texniki dəstəyin göstərilməsi;
- Printerlərin və ümumi şəbəkə qovluqların (share folder) komputerlərə əlavə edilməsi və nəzarətin aparılması;
- IT xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstək işlərin aparılması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
- Helpdesk(texniki dəstək) üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər;
- Şəbəkə üzrə ilkin biliklər;
- Domain controller üzrə ilkin biliklər;
- Microsoft Office üzrə ilkin biliklər;
- Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi (arzu olunandır);
- Problemlərin həll edilməsində operativlik və dəqiqlik bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Zərifə Əliyeva küç. 93.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 21.01.2022-ci il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikasından asılı olmayaraq bütün müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27