Yerləşdirilmə tarixi: 30.01.2023
Son müraciət tarixi: 26.02.2023
Agentlik Tibbi ekspertiza şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ekspertiza şöbəsinə mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin) və digər tələb edilən sənədlərin alınması;
Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
Sığorta hadisəsi zamanı sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması.
Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
Bizim üçün uyğun namizəd:
Ali tibbi sahə üzrə təhsil (Rezidentura təhsili üstünlükdür);
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
Tibb sahəsində təşkilatı işlər üzrə 1 ildən az olmayaraq ümumi əmək stajı (sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
Ünsiyyət və təşkilatçılıq bacarığı;
Stressə qarşı davamlılıq;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 28.02.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27