17 May 2024 15:40
Agentliyin nümayəndə heyəti Serbiyada səfərdədir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 15-18 may tarixlərində Serbiya Respublikasında işgüzar səfərdədir.
Nümayəndə heyətinə Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva, Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə daxildir.
Səfər çərçivəsində Agentliyin nümayəndələri Belqrad şəhərində “Taşmaydan” parkına gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondunun rəhbəri Sanya Radoyeviç Şkodriçin dəvəti əsasında həyata keçirilən səfər zamanı Agentlik və Serbiyanın Milli Tibbi Sığorta Fondu arasında müvafiq təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə müzakirə aparılıb. İki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması üçün anlaşma memorandumun imzalanmasına dair razılıq əldə olunub.
Serbiyanın tibbi sığorta sistemi, səhiyyə sisteminin maliyyələşdirilməsi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu və Serbiya təcrübəsinin öyrənilməsi ilə bağlı görüşlər keçirilib. Davamlı və əlçatan icbari tibbi sığorta sistemi, rəqəmsal səhiyyə xidmətlərinin inkişafı, resursların idarə edilməsində ən yaxşı təcrübələrin təhlili və cibdən ödənişlərin aradan qaldırılması mövzularında keçirilən təqdimatlardan sonra müzakirələr aparılıb.
Nümayəndə heyəti Belqradda fəaliyyət göstərən dövlət tibb müəssisələrində ilkin səhiyyə, ambulator, stasionar və təcili tibbi yardım xidmətlərinin təşkili ilə əyani tanış olublar.
Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin davamlılığının təmin edilməsi məqsədilə Agentlik tərəfindən ikitərəfli və çoxtərəfli əsasda xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49