05 Avqust 2019 16:07
Balakən rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
5 avqust 2019-cu il tarixində Balakən Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə Balakən rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Mehparə Əliyeva, Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Dilbər Quliyeva, Agentliyin məsul əməkdaşları Elvin Abbasov və Pərvin Baxşəliyeva çıxış ediblər.
Mehparə Əliyeva çıxışında bildirib ki, bu gün ölkəmizdə səhiyyə sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiq edilməsidir.
Agentliyin əməkdaşları icbari tibbi sığortanın məqsədi, əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi çərçivəsində göstəriləcək tibbi xidmətlər və icbari tibbi sığorta haqqı barədə çıxış ediblər. Bildirilib ki, icbari tibbi sığorta haqqı ödəyən və nəticədə sığortaolunan vətəndaş xidmətlər zərfi çərçivəsində əldə etdiyi tibbi xidmətlər qarşılığında xəstəxanaya heç bir ödəniş etməyəcək. Həkim göndərişi olmadan müraciət edən vətəndaşa isə müəyyən azadolma məbləğinin tətbiqi nəzərdə tutulub.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara icbari tibbi sığorta ilə bağlı buklet paylanılıb.
6 avqust tarixində isə maarifləndirici tədbirin Qax və Zaqatala rayonlarında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir 12-13 iyul tarixlərində Quba və Qusar rayonlarında baş tutub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49