Yerləşdirilmə tarixi: 05.09.2018
Son müraciət tarixi: 07.11.2018
Baş mühasib vakansiyası üzrə işçi axtarılır
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Şöbə müdiri - Baş Mühasib
Departament: Maliyyə
Şöbə: Mühasibatlıq
Vəzifə öhdəlikləri:
- Dövlət büdcəsindən ayrılmış və büdcədən kənar vəsaitlərin təyinatı üzrə səmərəli istifadə edilməsi və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
- Müvafiq qanunvericiliyə uyğun olaraq aktiv və öhdəliklərin uçotunu həyata keçirmək, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarını aparmaq, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə rəhbərliyə təkliflər vermək;
- İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
- Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
- Dövlət orqanlarına hesabatları (vergi, DSMF, statistika) təqdim etmək;
- Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
- Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
- Qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən maliyyə hesabatlarını hazırlamaq və müvafiq orqanlara göndərilməsi üçün rəhbərliyə təqdim etmək;
- Maliyyə, büdcə, ştat, kassa və qanunvericiliklə nəzərdə tutulmuş norma və intizamlara riayət etmək;
Vəzifə üçün tələblər:
- Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit);
- Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib vəzifəsində iş stajı;
- Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (İFRS) bilməli;
- İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
- MS Excel və 1C - in mükəmməl istifadəçisi olmalı;
- ACCA, CIMA imtahanlarında uğurla iştirak etmiş namizədlərə üstünlük veriləcək;
- İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları.
Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27