25 Yanvar 2023 16:35
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərə start verilib. İlk tədbir “Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda baş tutub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev aparılan islahatların nəticəsində bu gün ölkəmizin sosial sferada sürətlə inkişaf etdiyini bildirib: “Əlbəttə ki, bu inkişaf yolunun bir başlanğıcı olmuşdur. Azərbaycan Respublikasının inkişafının təməli xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır”.
Z.Əliyevin sözlərinə görə, görkəmli siyasi xadim səhiyyə sahəsində mövcud olan problemlərin həllinə qanunvericilik bazasının möhkəmləndirilməsindən başlamışdır: “Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. “Əhalinin sağlamlığının qorunması haqqında”, icbari tibbi sığortanın tətbiqini təşkilati, hüquqi və iqtisadi əsaslarla müəyyən edən “Tibbi sığorta haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” qanunların qəbulu məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edirdi. Zamanında görülən işlərin nəticəsidir ki, bu gün Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün ərazisində icbari tibbi sığorta tətbiq olunur”.
Agentliyin Marketinq və tədbirlər şöbəsinin əməkdaşı Emil Lətifov Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında tədbir iştirakçılarına məlumat verərək, Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salıb: “Heydər Əliyevin milli ideoloji dəyərlər sistemininin bir hissəsini də insanların səhhəti, xalqın sağlam gələcəyi təşkil edirdi. Elə bu səbəblə də Heydər Əliyev, siyasi hakimiyyətinin ilk illərindən etibarən əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə başlamışdı. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənib”.
Sonda E.Lətifovun müəllifi olduğu Ulu Öndər haqqında qısa filmin nümayişi olub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49