26 İyul 2023 10:00
İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Kommunikasiya Strategiyasında əhalinin icbari tibbi sığorta sistemi barədə məlumatlılığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər 2023-cü ilin birinci yarısında uğurla icra olunub.
Qurumun Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, Strategiyanın tələblərinə uyğun olaraq sığorta barədə vətəndaşları ən çox maraqlandıran məsələlərə aydınlıq gətirmək və tibbi xidmətlərdən sığorta çərçivəsində yararlanmalarını təmin etmək üçün bir neçə istiqamətdə layihə və tədbirlər icra olunub: “Maarifləndirmə işləri dövlət və qeyri-dövlət qurumlarında, orta və ali təhsil müəssisələrində, dini icmalarda aparılıb. Ümumilikdə 171 sayda tədbirdə 13 000-ə yaxın şəxsə icbari tibbi sığorta haqqında məlumat verilib”.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədi ilə Agentliyin bölgələrdəki filial rəhbərləri ilə görüş keçirilib. Qurumun aidiyyəti nümayəndələri ilə filial rəhbərləri vətəndaşları icbari tibbi sığorta ilə bağlı maraqlandıran məsələləri müzakirə ediblər. Filial rəhbərləri tərəfindən bölgələrdə keçirilən tədbirlərin effektivliyinin artırılması, sığorta ilə bağlı əhalinin düzgün istiqamətləndirilməsi üzrə metod və vasitələr təhlil olunub.
Daha geniş əhali kütləsini məlumatlandırmaq, din xadimlərinin əhatə etdiyi vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən faydalanmasını təmin etmək üçün dini icma üzvləri ilə görüşlər keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən tədbirlərdə din xadimlərinə icbari tibbi sığortanın üstünlükləri haqqında ətraflı məlumat verilib.
Bundan başqa, maarifləndirmə işlərinə növbəti dəfə vətəndaş cəmiyyəti üzvləri cəlb olunub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən cari ildə elan edilən kiçik qrant müsabiqəsində 5 qeyri-hökumət təşkilatı qalib gəlib. QHT-lər icbari tibbi sığorta haqqında regionlarda əhalinin maarifləndirilməsini həyata keçirəcəklər.
Digər tədbirlərə gəldikdə isə Agentliyin fəaliyyəti barədə vikipediyada 2 dildə səhifə yaradılıb. İcbari tibbi sığorta ilə bağlı 78 məlumat və 66 infoqrafik post paylaşılıb. ASAN radio ilə əməkdaşlıq çərçivəsində "1 sual, 1 cavab" rubrikasında dinləyicilərə icbari tibbi sığorta ilə bağlı məlumatlar təqdim olunub. Real TV-nin “Tibbi sığorta saatı” verilişi və qurumun “Facebook” səhifəsi üzərindən 21 canlı yayım paylaşılıb. Mediadan daxil olan 176 sorğunun 95%-i cavablandırılıb, digərləri aidiyyəti üzrə yönləndirilib. Agentliyin sosial şəbəkə istifadəçiləri tərəfindən göndərilən 4438 sorğu dolğun şəkildə cavablandırılıb.
Qeyd edək ki, Strategiyaya əsasən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər planlı şəkildə davam etdirilir.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə bağlı əməkdaşların məlumatlılığını artırmaq istəyən qurumlar təlimlərin təşkili üçün marketing@its.gov.az ünvanına müraciət edə bilərlər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49