20 Aprel 2022 17:08
İcbari tibbi sığorta ilə bağlı əhalinin maarifləndirilməsində QHT-lər iştirak edəcəklər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-ləri “2022-ci il kiçik qrant müsabiqəsi”ndə iştirak etməyə dəvət edir. Builki müsabiqəyə 7 istiqamət üzrə layihələr qəbul edilir.
Xəbərlə bağlı açıqlama verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, Agentliyin təşəbbüsü ilə bu ilki qrant müsabiqəsində əhalinin sağlamlığının qorunması ilə bağlı “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu da yer alıb.
A.Əhmədovanın sözlərinə görə, QHT-lər tərəfindən əsasən ictimai yerlərdə əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsini təşkil etmək arzuolunandır: “Əhalinin bütün qruplarını əhatə edə bilmək üçün daha çox reklam monitorları olan iri ticarət mərkəzlərində, dəmiryolu vağzallarının kassa və gözləmə zallarında, poçt şöbələrində, avtobus, metro və dəmiryolu qatarları, kinoteatrlarda və s. məkanlarda maarifləndirici video/audioçarxların yayımını təşkil etmək, maarifləndirici materialların ünvanlı çatdırılmasını təmin etmək və digər bu kimi istiqamətlərdə tədbirlərin görülməsi tövsiyə olunur”.
Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 10 000 manat təşkil edir. 2021-cı ilin 1 yanvar tarixindən sonra qeydiyyatdan keçmiş QHT-lər 5000 manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
Layihələr 1 dekabr 2022-ci il tarixinə kimi yekunlaşmaqla 3 aya qədər olan müddəti əhatə edə bilər.
Müsabiqənin prosedur qaydaları:
Müsabiqə üzrə ərizələrin qəbulu 13 aprel 2022-ci il tarixindən 05 may 2022-ci il saat 18:00-a kimi elektron qaydada həyata keçirilir.
Müsabiqə ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49