02 May 2019 11:16
“İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda tədbir keçirilmişdir
02 may 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda tədbir keçirilmişdir. Görüşün keçirilməsində məqsəd sahibkarları icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydaları və icbari tibbi sığorta üzrə sığortalıların, sığortaolunanların hüquq və vəzifələri barədə məlumatlandırmaq olmuşdur.
ASK-nın baş katib əvəzi Kristina Məmmədova çıxışı zamanı icbari tibbi sığortanın əhəmiyyətindən və ölkə üzrə tətbiqindən danışıb. O bildirib ki, 2020-ci ildə Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək və bu mövzu sahibkarların diqqət mərkəzindədir: ““Tibbi sığorta haqqında” Qanunla bağlı sahibkarları məlumatlandırmaq müsbət haldır”. K.Məmmədova mövzunun aktuallığını nəzərə alaraq ASK-nın bu görüşləri davam etdirəcəyini qeyd edib.
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti və məqsədləri, sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi, xidmətlər zərfi və tibbi xidmətlərin keyfiyyət standartları barədə iştirakçılara məlumat verib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinə hazırlıq məqsədilə tibb müəssisələrində qeydiyyat sisteminin təkmilləşdirilməsinə, informasiya texnologiyalarının tətbiqinə və ilkin səhiyyə xidmətinin yenidənqurulmasına ehtiyac var.
İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu icbari tibbi sığorta modelləri, universal tibbi təminat, icbari tibbi sığortahaqqı, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Bununla yanaşı o bildirib ki, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqlarından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. T.Qulu icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb.
Agentliyin Hüquq departamentinin Hüquqi aktların və müqavilələrin ekspertizası şöbəsinin koordinatoru Tural Musayev icbari tibbi sığorta müqaviləsinin sahibkarlarla bağlanılması qaydaları, icbari tibbi sığorta üzrə sığortalıların, sığortaolunanların hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49