Yerləşdirilmə tarixi: 17.09.2020
Son müraciət tarixi: 01.10.2020
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hüquq şöbəsinin müdiri vəzifəsinə vakant yer elan edir
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Şöbə müdiri
Departament: Hüquq
Vəzifə üçün tələblər:
- Ali hüquqi təhsil (magistratura dərəcəsi arzuolunandır);
- Azərbaycan dilində səlis yazmaq və danışmaq;
- Rus və ya ingilis dili arzuolunandır;
- Microsoft Ofis proqramlarında işləmək bacarığı;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər (tibb sahəsi üzrə ixtisaslaşma arzuolunandır);
- Tibb müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktları, o cümlədən icbari tibbi sığorta sahəsi üzrə dövlət siyasətini və qanunvericiliyin ümumi əsaslarını bilmək;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
- İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Məxfilik, təhlil etmə və ünsiyyət bacarığı, vaxtın idarə edilməsi;
- Hüquq sahəsində 7 il iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Şöbənin işinin təşkili və ona nəzarətin həyata keçirilməsi;
- Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təhlili;
- Pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunması və sosial müdafiəsi üzrə hüquqi dəstəyin göstərilməsi;
- Tibbi sənədlərin hüquqi ekspertizası;
- Agentliyin təşəbbüsü ilə təqdim edilən qanun, fərman və qərar layihələrinin, digər normativ sənədlərin hazırlanması və onlara dair rəy və təkliflərin hazırlanması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
- Agentliyə daxil olan və Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik sənədlərinin, beynəlxalq müqavilələrin, təşkilati-sərəncam verici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Agentlikdə normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasının təmin edilməsi;
- Azərbaycan Respublikasının qanunvericilik bazasının təhlil edilməsi;
- Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiq edilməsi;
- Agentliyin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
- Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
- Agentliyin fəaliyyəti ilə bağlı əmr və sərəncam layihələrinin hazırlanması;
- Agentliyin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayış və rəylərin hazırlanması;
- Hüquqi məsələlərlə bağlı məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə Agentliyin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsi;
- Agentliyin fəaliyyəti ilə bağlı müqavilələrin tərtib edilməsi, o cümlədən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar digər struktur bölmələrin əməkdaşlarına hüquqi məsləhət verilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;
- Departament rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Maraqlanan namizədlər CV-lərini 01 oktyabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27