Yerləşdirilmə tarixi: 17.09.2020
Son müraciət tarixi: 01.10.2020
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hüquqi tənzimləmə və müqavilələrin ekspertizası şöbəsinə vakant yer elan edir
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Assistent (müqavilələr üzrə)
Şöbə: Hüquqi tənzimləmə və müqavilələrin ekspertizası
Vəzifə öhdəlikləri:
- Müqavilələrin tərtib edilməsi, o cümlədən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar digər struktur bölmələrin əməkdaşlarına hüquqi məsləhət verilməsi;
- Təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
- Qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər normativ sənədlərin, habelə qeyri-normativ aktların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək, şəxslərin qəbul edilməsini təşkil etmək;
- Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Qurumun digər struktur bölmələrinə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək, struktur bölmələr tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
- Departament rəhbərinin tapşırığına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Vəzifə üçün tələblər:
- Ali hüquqi təhsil (magistratura dərəcəsi arzuolnandır);
- Azərbaycan dilində səlis yazmaq və danışmaq;
- Rus və ya ingilis dili arzuolunandır;
- Microsoft Ofis proqramlarında işləmək bacarığı;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
- Məxfilik, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması;
- Hüquq sahəsində 1 il iş təcrübəsi.
Maraqlanan namizədlər CV-lərini 01 oktyabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 İyun 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27