16 İyul 2019 11:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
5 iyul 2019-cu il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirirlər. Təlim “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanından irəli gələrək tibb müəssisələrinin elektronlaşdırılması və icbari tibbi sığorta sisteminə keçidini təmin etmək məqsədilə aparılır.
Bu günədək Bakı şəhəri üzrə 19 xəstəxananın (M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası, Zabrat Müalicə-Diaqnostika Mərkəzi, 7, 10, 14, 21, 22, 24, 26, 29 və 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Neyrocərrahlıq Xəstəxanası, Zirə Müalicə-Diaqnostika Mərkəzi, Tibbi Reabilitasiya Xəstəxanası, 5 nömrəli Klinik Doğum Evi, Uşaq Bərpa Müalicə Mərkəzi, 8 nömrəli Şəhər Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası) tibbi personalı üçün təlim təşkil edilmişdir.
Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq. Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulator və stasionar) barədə məlumatlar öz əksini tapacaq. Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq. Proqramda qeyd olunan diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.
Təlim zamanı iştirakçılara proqram təminatından istifadə qaydaları izah edilmiş və hər bir iştirakçıya adına uyğun istifadəçi girişi, şifrəsi təqdim edilmişdir. İştirakçılar şərti olaraq pasiyentin təqdim edəcəyi şəxsiyyət vəsiqəsinin FİN məlumatını istifadə etməklə proqrama məlumatları daxil etmişlər. İştirakçılara istifadəçi təlimatı və proqrama daxil olmaq üçün link təqdim edilmiş, fərdi şəkildə proqrama daxil olaraq növbəti təlimə kimi məşq etmək imkanı yaradılmışdır.
Hazırlanmış plana uyğun olaraq icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində təlim keçiriləcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49