22 Sentyabr 2020 10:08
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi və səhiyyə sahəsinin idarəedilməsi üzrə lazımi ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Memorandum çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi və lazım olan təcrübənin ölkədə tətbiq olunması üzrə əməkdaşlıq nəzərdə tutulur.
Sənədə əsasən, tərəflər tibbi xidmətlərin iqtisadi təhlili, postsovet ölkələrinin təcrübə və müvafiq sahələrdə boşluqlarının öyrənilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda tərəflər icbari tibbi sığortanın Xidmətlər Zərfinin yenilənməsi və göstərilən tibbi xidmətlərdən məmnunluğun öyrənilməsi üçün əhali arasında sorğular keçirməklə bağlı razılığa gəliblər.
Memorandum çərçivəsində həyata keçiriləcək tədbir və tədqiqatları Agentlik ilə UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi birgə həyata keçirəcəklər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49