09 Mart 2021 15:06
İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin ailə üzvlərinin müayinə və müalicəsi davam edir
2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları ərzində İkinci Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvlərinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 13158 sayda tibbi xidmət göstərilib. Xidmətlərin 10962-si ambulator, 2196-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmətlər almış 2172 şəxsin 1754 nəfəri müharibə iştirakçısı, 418 nəfəri isə şəhid ailəsi üzvü olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş müraciətlər əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stress pozuntusu, nevrasteniya, gərginlik tipli baş ağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub. Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələr təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb.18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji, travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, cari ilin fevral ayında Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar. Türkiyəli həkimlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı, Buzovna qəsəbəsindəki Reabilitasiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında döyüşlərdə yaralanmış 155 hərbçini müayinə ediblər.
Vüqar Qurbanovun sözlərinə görə müayinəyə əsasən yuxarıda adıçəkilən ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi davam edən və evə yazılmış qazilər cəlb olunublar: “Hərbçilər müharibə dövründə aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidlənib və onlar haqqında tibbi rəy verilib. Müayinələrin nəticələrinə əsasən 5 qazinin vəziyyəti həddən artıq ağır qiymətləndirilib və əməliyyat olunması üçün Türkiyədən bir neyrocərrahın və onun komandasının yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam edəcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49